Ronaldodan fantastik şərt

“Real”ın portuqaliyalı ulduzu Kriştianu Ronaldo klubla olan müqaviləsini uzatmaq üçün fantastik şərt irəli sürüb.

Newsport.az-ın məlumatına görə, “Corriero dello sport” nəşri 2021-ci ildə müqaviləsi bitəcək 33 yaşlı futbolçunun daha üç il “Real”da qalması üçün ilinə 80 milyon avro tələb etdiyini yazıb.

Bu isə Ronaldonun indiki maaşından 4 dəfə çoxdur. O, hazırda “Real”da illik 21 milyon avro maaş alır.

Qeyd edək ki, PSJ-nin “Real”a illik 45 milyon avro təklif etdiyi iddia edilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right