"O, heç hara getmir, bizə lazımdı" Bartomeu

“Barselona”nın prezidenti Xosep Mariya Bartomeu Osman Dembele barədə danışıb.

Newsport.az-ın məlumatına görə, Bartomeu ilk mövsümdəki çətinliklərə baxmayaraq, Dembeleyə güvəndiklərini bildirib. O, Usmanın da, Koutinyonun da komandada qalacağını deyib:

“Dembele heç hara getmir. O, da, Koutinyo da bizim üçün vacib futbolçulardı. Onlar bizim layihənin əsas elementləri hesab olunurlar və biz bu futbolçulara güvənirik.

Dembele çox gənc və istedadlı futbolçudu. Növbəti mövsüm fərqli olacaq. “Barsa”da ilk mövsümdə istənilən səviyyədə oynamaq o qədər də asan deyil. Çünki bizim futbol fəlsəfəmiz başqalarından çox fərqlənir”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right