"Başakşəhər"in futbolçusu Edin Vişça komandadan ayrıla bilər.
Newsport.az-ın məlumatına görə, 28 yaşlı vinger İspaniyada çıxış edə bilər. Bosniya və Herseqovina millisinin üzvü La Liqa təmsilçisi "Vilyarreal"ın transfer hədəfindədir. "Sarı sualtı qayıq" bu keçid üçün İstanbul klubuna 4 milyon avro ödəməyə hazırdır.
"Başakşəhər"dəki missiyasını tamamladığını düşünən Vişça ötən mövsüm Super Liqada 33 oyuna 9 qol, 16 assistlik möhtəşəm performansla yadda qalıb. Vişça 2011-ci ildən "Başakşəhər"də oynayır.