“Mançester Yunayted” Qaret Beylin transferi üçün “Real”la danışıqları davam etdirir.
Newsport.az-ın məlumatına görə, “qırmızı şeytanlar” uelsli yarımmüdafiəçi üçün “kral klubu”na 85 milyon funt-sterlinq ödəməyə hazır olduğunu bildirib. Heyəti gəncləşdirmək istəyən Madrid təmsilçisinin prezidenti Florentino Peresin də bu təklifə müsbət yanaşdığı iddia olunur.
Qeyd edək ki, 2016-cı ildə “Real”la müqaviləsini uzadan 28 yaşlı futbolçunun illik gəliri 10,5 milyon avro təşkil edir. “Mançester Yunayted” isə Beylə həftəlik 500 min funt təklif etməyə hazırdır.