Rusiya millisinin baş məşqçisi Fabio Kapello İspaniya mətbuatına açıqlamasında Messi və Ronaldo barədə danışıb.
Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəsis Messiyə olan simpatiyasını gizlətməyib.
"Messi Kriştianu Ronaldodan daha dahi oyunçudur. Amma Leo "Barselona"da çətin vaxtlar keçirir və bu, problemlərə səbəb ola bilər. Messi - Ronaldo rəqabəti çox maraqlıdır. Kriştianu mökhəm və psixoloji cəhətdən hazırlıqlı futbolçudur. O. hər zaman ən yaxşı olmağa çalışır. Ronaldo böyük klubda çıxış edir. Komanda yoldaşları ona, Ronaldo da "Real"a kömək edir. Bu, mühüm faktordur. Klubda hər kəs ona hörmət edir".
Kapello Messinin "Barcelona"nın tərk edəcəyi barədə xəbərlərə inanmadığını bildirib: "Düşünmürəm ki, "Barsa" Messini satar. Onun kimisini hardan tapacaqlar? Bazar günü "Atletiko" ilə matçda onu izlədim. Leo ilk dəqiqələrdə cinahda özünü yaxşı hiss etmirdi. Amma az sonra özünə gəldi və mükəmməl performans göstərdi. "Barselona" belə futbolçunu sadəcə, sata bilməz".