Zidan istefasının səbəblərini açıqladı

Zinəddin Zidan "Real"dan ayrılması gündəmə bomba kimi düşdü.

Newsport.az-ın məlumatına görə, 45 yaşlı mütəxəssis bunun səbəbini belə izah edib: "Qərarımı bəzi insanlar başa düşməyə bilər. Amma burda başa düşülməyən heç nə yoxdur. Klubun uğurlar qazanması üçün dəyişikliyə ehtiyac var idi. Komandada daxili yorğunluq var idi. Güc gündən-günə tükənirdi. Qalsaydım, uğurlar əldə edə bilməyəcəkdim. Mən də buna görə istefa verdim. Futbolçular da qərarıma hörmətlə yanaşdılar və mənə uğurlar arzu etdilər. Yeni mövsümdə baş məşqçilik etməyəcəm. Özümə klub axtarmıram.. Üzgün olmağa ehtiyac yoxdur, gözəl gündür. Burada hər kəslə gözəl münasibətim davam edəcək. Həyatımın sonuna qədər "Real"a yaxın olacam. Bu klub mənə hər şeyi verdi".

Zidan “Real”ı 2016-cı ildən çalışdırır. "Kral klubu" onun rəhbərliyi altında komanda üç dəfə Çempionlar Liqası, iki dəfə klublararası dünya çempionatı, bir dəfə İspaniya La Liqası, bir dəfə İspaniya Super kubokunun qalibi olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right