Çempionlar Liqasının finalında “Liverpul”un misirli ulduzu Məhəmməd Salahın zədələnməsinə səbəb olan “Real Madrid”in futbolçusu Serxio Ramosa təzminat davası açılıb.
Newsport.az-ın məlumatına görə, təzminat davasını misirli vəkil Bassem Vahba açıb.
O, “fiziki və psixoloji şiddət” iddiası ilə Ramosu FİFA-ya şikayət edərək bunları bildirib:
“Ramos Salahı bilərəkdən zədələdi. Bu hərəkətinə görə cəza almalıdır. Sənədləri hazırladım və FİFA-ya təqdim etdim. Ramosun fiziki və psixoloji olaraq Salah və Misir xalqına verdiyi zərər üçün 1 milyard dollarlıq təzminat davası açdım”.