“Liverpul” “Real”la Çempionlar Liqasının final matçında iki kobud səhvə yol verən qapıçısı Loris Kariusdan canını qurtarmaq istəyir.
Newsport.az-ın məlumatına görə, İngiltərənin “Daily Mirror” qəzeti Mersisayd klubunun Madrid “Atletiko”sunun qolkiperi Yan Oblakın xidmətində maraqlı olduğunu yazıb.
Xəbərdə “Liverpul”un 25 yaşlı sloveniyalı qolkiperə görə 100 milyon avro ödəməyə hazır olduğu qeyd olunub.
“Atletiko” ilə 2021-ci ilədək müqaviləsi olan Oblakın karyerasını İngiltərədə davam etdirməyə isti yanaşdığı bildirilir.
Karius “Real”ın 3:1 hesabı ilə qələbə qazandığı final oyununda iki kobud səhvə yol vermişdi ki, buna görə o, kəskin tənqid olundu.