Ronaldo futbola qayıdır

Dünya futbolunun əfsanəsi, braziliyalı Ronaldo ABŞ-ın “Fort-Loderdeyl Straykers” klubunun sahiblərindən biri olub. 

Newsport.az-ın xəbərinə görə, bu haqda o, keçirdiyi mətbuat konfransında bildirib.

39 yaşlı Ronaldo həmçinin futbolçu karyerasını bərpa edəcəyini istisna etməyib: "Amma bunun üçün fiziki formamı qaydasına salmalıyam. Futbol oynamağı sevirəm. Karyeramı səhhətimdəki problemlə görə başa vurmuşdum. Xeyli zədəm olduğu üçün son vaxtlar ağrılarım çoxalmışdı. Ona görə də indi lazımi formanı toplamaq çətin olacaq. Buna baxmayaraq, çox məşq edəcəm və böyük futbola qayımağa çalışacam".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right