"Azərbaycanda yaxşı təcrübə topladım" "Səbail"dən ayrılan futbolçu

Son mövsümün ikinci yarısını icarə əsasında "Səbail"də keçirən Slovakiyanın "Jilina" klubunun yarımmdüafiəçisi Yevgeni Koçuk açıqlama verib.

Newsport.az-ın məlumatına görə, ölkəsinin mətbuatına danışan moldovalı futbolçu Azərbaycanda təcrübə qazandığını deyib: "Səbail"lə müqaviləm başa çatıb və "Jilina"ya geri dönəcəm. Azərbaycana təcrübə toplama üçün getmişdim. Bakıda dostlarım var idi və icarə müddətində onların sayı artdı. Ünsiyyətlə bağlı isə problemim olmadı, çünki hamı rus dilində danışa bilir. 6 ay müddətə yaxşı təcrübə topladım. Bu mövsüm mənim üçün yaxşı oldu".

Yevgeni Koçuk "Səbail"də 12 oyunda 2 qol vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right