Millimizin üzvü baş məşqçisiz qaldı

 

 

Millimizin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Aue" klubunun baş məşqçisi Hannes Dryus istefa verib.

Newsport.az-ın məlumatına görə, 36 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, II Bundesliqada çıxış edən "Aue” mövsümü 40 xalla 16-cı pillədə başa vurub və liqada yerini qorumaq üçün pley-offda "Karlsrue”dən iki oyunun nəticəsinə görə üstün olub və çempionatda qalıb.








Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right