“Alkorkon” İsrafilovsuz xal itirdi

Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 41-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb.

Səfərdə “Almeriya” ilə qarşılaşan həmyerlimizin komandası matçdan qolsuz bərabərliklə ayrılıb. Eddinin adı ötən görüşdə olduğu kimi, bu qarşılaşmanın da iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, sona 1 tur qalmış “Alkorkon" 49 xal toplayıb. Hazırda 22 komanda arasında 14-cü pillədə qərarlaşan komanda liqada yerini hələ də rəsmiləşdirə bilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right