Ramos: "Salahın epizoduna görə özümü günahkar hesab etmirəm"

Çempionlar Liqasının finalında "Real" "Liverpul"a 3:1 hesabı ilə qalib gələrək 13-cü dəfə turnirin qalibi olub.

Newsport.az saytının məlumatına görə, matçın 28-ci dəqiqəsində "Liverpul"un futbolçusu Məhəmməd Salahı yıxaraq zədələyən Serxio Ramos oyundan sonra açıqlama verib. Rıqibin oyundan çıxmasına səbəb olan ispaniyalı müdafiəçi özünü günahkar hesab etməyib:

"Salahın vəziyyəti üzücü oldu. Bunun baş verməsini heç vaxt istməzdik. Mən həmin epizoda görə özümü günahkar hesab etmirəm".

Məhəmməd Salahı zədələyən Ramos ikinci hissədə də kobudluğu ilə yadda qalıb. 32 yaşlı futbolçu "Liverpul"un qapıçısı Loris Kariusa qarşı sərt oynasa da, həmin epizod hakimin gözündən qaçmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right