"Barselona" Serxio Busketsin müqaviləsini yeniləməyə hazırlaşır.
Newsport.az-ın məlumatına görə, artıq təcrübəli yarımmüdafiəçi ilə danışıqlara start verilib. Dünən futbolçu ilə görüşən klub prezidenti Jozep Bartomeu yeni anlaşmanın detallarını müzakirə edib. Rəhbərlik Busketsin maaşını artırmaqla, onun müqaviləsini 2023-cü ilin yayına qədər uzatmaq istəyir.
Qeyd edək ki, İspaniya millisinin üzvünün kataloniyalılarla hazırkı sözləşməsi 2021-ci ilə qədərdir. Busketsin təzminat qiyməti isə 200 milyon avrodur.