Hal-hazırda Qatarda təlim-məşq toplanışında olan "Zenit"in futbolçusu Anatoli Timoşuk klubun saytına müsahibə verib.
Newsport.az-ın məlumatına görə, ukraynalı futbolçu "Qızıl top"a namizədlər arasında keçmiş komanda yoldaşı Manuel Noyeri dəstəklədiyini gizlətməyib.
"Təəssüf ki, Noyer "Qızıl top"u qazanmadı. Eyni zamanda Ronaldonun baxımli oyunu, əla formada olması, qollarını da unutmaq olmaz. Əlimdən gələni etdim ki, Manuel mükafata sahib çıxsın. Bununla, Noyer Lev Yaşindən sonra "Qızıl top"u qazanan ikinci qapıçı ola bilərdi. Amma, görünür, qismət deyilmiş. Ümid edirəm ki, yaxın gələcəkdə istəyinə çatacaq".
- "Zenit" Qatarda təlim-məşq toplanışı keçir. "Bavariya" də burda yerləşib. Noyer rastınıza çıxsa, ona nə deyərsiz?
- Deyərəm ki, əhvalını pozmasın. Mən ona səs vermişəm. Noyer psixoloji cəhətdən çox güclü futbolçudur. Bu səbəbdən düşünmürəm ki, "Qızıl top"u almaması ona zərbə olsun. Əksinə Manuel son üçlükdə yer aldığı üçün şad idi. Sürixdəki şounu yaddan çıxarmayacaq. Hesab edirəm ki, pozitiv əhval-ruhiyyə ilə Dohaya gəlib. Robben də ilin "Simvolik yığması"na düşdü. və Hollandiyada "İlin idmançısı" seçildi. Orada həmin mükafatı 27 ildən sonra ilk dəfə futbolçu aldı. Buna görə Robben də oyun və psixoloji cəhətdən yaxşı durumdadır.