"Barselona" mövsümün sonunda komandadan gedəcək Andres İnyestanın son oyunu üçün xüsusi forma hazırlayıb.
Newsport.az-ın məlumatına görə, formanın arxasındakı 8 rəqəmi sonsuzluq işarəsi formasında göstərilib.
Qeyd edək ki, "Barselona" La Liqanın son turunda "Real Sosyedad"ı qəbul edəcək. Görüş mayın 20-də, Bakı vaxtı ilə saat 22:45-də baş tutacaq.
