Braziliya millisinin futbolçusu Dani Alveş DÇ-2018-i buraxacaq.
Newsport.az-ın xəbərinə görə, Fransa kubokunun finalında "Le Erbe" ilə matçda zədələnən PSJ-nin müdafiəçisinin mundiala kimi hazır olmayacağı məlum olub.
Qeyd edək ki, D.Alveş bu mövsüm 41 matçda 5 qol vurub, 10 qolun ötürməsini verib.