"Real Madrid" yeni müqavilə imzalamağa hazırlaşır

Madrid “Real”ı futbolçusu Kriştiano Ronaldo ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Newsport.az xəbər verir ki, klub rəhbərliyi portuqaliyalı hücumçu ilə müqavilənin şərtlərini yaxşılaşdırmaq niyyətindədir. Ronaldonun bu təklifdən xəbəri var və bunu müsbət qarşılayıb. Yeni müqavilənin müddəti əvvəlki kimi – 2021-ci ilə qədər olacağı bildirilir. 33 yaşlı futbolçu ilinə 30 milyon avro qazanacaq.

Qeyd edək ki, sözləşmənin DÇ-2018-ə qədər imzalanacağı gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right