Qvardiola: "O, futbolu hərtərəfli başa düşən nadir oyunçulardan biridir"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Andres İnyestanın "Barselona"dan ayrılaraq Çinə yollanmasına münasibət bildirib. 

Newsport.az xəbər verir ki, 47 yaşlı mütəxəssis açıqlaması zamanı İnyestanın nadir oyunçulardan biri olduğunu bildirib:

"Mən böyük məmnuniyyətlə onunla birlikdə çalışmışam. Onun İspaniya futbolu və "Barselona"ya bu 15 il ıərzində hansı irs bəxş ediyini təsəvvür edə bilməzsiniz. O, futbolu hərtərəfli başa düşən nadir oyunçulardan biridir.Ondan yaxşısını tapmaq qeyri-mümkündür.

O gənclərə oynamağı, topu necə saxlamağı öyrədir. Bu, bir nümunədir".

Qeyd edək ki, İnyestanın gələn həftə Çinin “Tyantszin Tsyuantsyan” klubu ilə müqavilə bağlayacağı söylənilir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right