Uani Emeri son qərarını verdi

PSJ-in baş məşqçisi Unai Emeri mövsümün sonunda komandadan göndəriləcəyi haqda yayılan məlumatlara aydınlıq gətirib. 

Newsport.az xəbər verir ki, "Real Sosyedad" ilə görüşdüyü və anlaşdığı söylənilən ispaniyalı mütəxəssis yerli mətbuata verdiyi açıqlaması zamanı belə bir halın yaşanmadığını bildirib: 

"Nə mən, nə də mənim adımdan biri başqa klubla görüşməyib. PSJ-yə və əlimizdəki hədəflərə cəmlənmiş vəzyətdəyəm. Bunu açıq söyləmək istəyirəm".

Qeyd edək ki, 46 yaşlı çalışdırıcı 2016-cı ildən PSJ-nin sükanı arxasındadır. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right