Baş məşqçi Luis Enrike ilə yola getməyən “Barselona”nın hücumçusu Lionel Messi artıq təkliflər almağa başlayıb.
Newsport.az-ın məlumatına görə, xüsusən də, PSJ, “Mançester Siti” və “Çelsi” bu keçiddə maraqlıdı.
İlk iki komandanın argentinalını almağı, demək olar ki, qeyri-mümkündü. Çünki həm PSJ, həm də “Mançester Siti” maliyyə feyr-pleyini pozduqları üçün cəzalıdılar. Belədə “Çelsi” yarışda tək qalıb. London klubunun sahibi Roman Abramoviç 27 yaşlı oyunçunun transferi üçün nə az, nə çox, düz 500 milyon funt-sterlinq ayırıb. Bu məbləğin 200 milyonu artıq “Barselona”ya təklif edilib.
Transfer baş tutacağı təqdirdə Messi “Çelsi” ilə 6 illik müqavilə imzalayacaq. Maaş və əlavə mükafatlarla birlikdə futbolçunun 6 il ərzində ümumi qazancı isə 300 milyon funt-sterlinq təşkil edəcək.