"Barselona"da erkən seçim olacaq.
Newsport.az-ın məlumatına görə, Kataloniya klubunun prezidenti Josep Mariya Bartomeu deyib ki, bu mövsümün sonunda "Barsa"da klubdaxili prezident seçkisi keçiriləcəyi ilə bağlı qərar qəbul ediblər.
M.Bartomeu növbəti prezident seçkisində namizədlini irəli sürəcəyini də qeyd edib.
Xatırladaq ki, "Barsa"da klubdaxili prezident seçkisinin 2016-cı ildə keçiriləcəyi gözlənilirdi.