Andres İnyesta Çin klubu ilə müqavilə imzaladı

Barselona"nın kapitanı Andres İnyesta Çin klubuna keçməyə yaxındır.

Newsport.az xəbər verir ki, bu haqda İspaniya mətbuatı çıxış edib. Belə ki, 33 yaşlı yarımmüdafiəçi “Tyantszin Tsyuantsyan” klubu ilə 3 illik müqavilə imzalayıb. Müqavilənin şərtlərinə görə, tərəflər anlaşmanı daha bir illiyinə uzada bilərlər. İspaniya millisinin üzvü ilinə 37 milyon avro qazanacaq.

Qeyd edək ki, İnyesta Çempionlar Liqasının 1/4 finalının “Roma” ilə cavab oyunundan sonra verdiyi açıqlamada "Barsa"dan ayrılacağına işarə etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right