Rusiyalılar Ramil Şeydayevə görə FIFA-ya şikayət etdi

Rusiyanın "Zenit” klubu millimizin üzvü, hazırda "Qarabağ"da icarə əsasında çıxış edən Ramil Şeydayevə görə "Trabzonspor”u FIFA-ya şikayət edib.

Newsport.az saytının məlumatına görə, məlumatı “Trabzonspor”un 73-cü Baş Assambleyasında açıqlayıblar. Qaradəniz təmsilçisi 22 yaşlı hücumçunu 2016-cı ildə azad agent statusu ilə transfer edib. Sankt-Peterburq təmsilçisi isə öz yetirməsinə görə yetişdirmə haqqı tələb edir.

Xatırladaq ki, "Trabzonspor” Şeydayevi ötən mövsüm "Jilina"ya, bu mövsüm isə "Qarabağ"a icarəyə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right