"Neftçi"dən "Ayntraxt"a transfer olunan millimizin qapıçısı Emil Balayevin 13-cü Harder kubokunun "Karlsrue" ilə final matçının videogörüntüsünü təqdim edirik.
Qeyd edək ki, oyunun əsas vaxtında qalib müəyyənləşməyib - 4:4. Penaltilər seriyasında daha dəqiq oynayan (5:4) "Ayntraxt" kuboka sahib çıxıb. Həmin görüşdə "Ayntraxt"ın çərçivəsini məhz Emil Balayev qoruyub.