"Madam ki, mən qorxaq və itəm, nə üçün futbolçularını mənə təklif edir?" Pep Qvardiola

Pep Qvardiola Yaxın günlərdə onu təhqir edən Pol Pogbanın meneceri Mino Riolanın fikirlərinə aydınlıq gətirib.

Newsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis jurnalistlərə verdiyi müsahibə zamanı, məşhur menecerin ona Pogba və Henrix Mixtaryanı transfer etmək üçün təklif etdiyini etiraf edib:

“O, mənə Pol Pogba və Henrix Mixtaryanı transfer etmək təklifini etdi. Mən isə onların keçidini həyata keçirmək üçün yetəri qədər büdcəmizin olnadığını bildirdim. Onunla heç görüşmürəm. Mənim haqda fikirlərini İbrahimoviçdən oğurlayır deyəsən. Sonunda insanlar sirlərimi kəşf etdilər. Pis biriyəm və qorxaqam. Lakin niyə pis olduğumu bilmirəm.

Madam ki, mən qorxaq və itəm, nə üçün futbolçularını mənə təklif edir? Belə olduğu halda futbolçularını məndən qorumalıdır. Bir də, məni itə oxşatması düzgün deyil. Çünki, itlərə hörmətlə yanaşmalıdır”.

Qeyd edək ki, məşhur menecer jurnalistlərə verdiyi açıqlama zamanı, Pep Qvardiolanı “qorxaq it” adlandırmışdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right