Rüfət Dadaşovun yeni klubu məlum oldu

Almaniyanın Regional Liqasında mübarizə aparan Berlin "Dinamo"sunda çıxış edən millimizin sabiq üzvü Rüfət Dadaşov yeni klubla anlaşıb.

Newsport.az-ın məlumatına görə, bu mövsüm sərgilədiyi oyunla diqqət çəkən forvard 3-cü Bundesliqada çıxış edən “Proyssen” klubu ilə iki illik saziş bağlayıb.

"Dinamo" ilə yayda müqaviləsi başa çatacaq 27 yaşlı hücumçu yeni komandasına azad agent statusu kimi qoşulacaq.

Qeyd edək ki, Dadaşov hazırda 23 qolla Şimal Şərq Regional Liqasında bombardirlər yarışına başçılıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right