“Bavariya”nın idarə heyətinin üzvü Karl Haynz jurnalistlərə verdiyi açıqlamasında, son zamanlar adı transfer məsələlərində hallanan Robert Levandovskinin komandada qalacağını bildirib.
Newsport.az xəbər verir ki, o, polşalı hücumçunun klubda qalacağından əmin olduğunu deyib: “məncə, “Real Madrid” Levandovskinin bizimlə 3 il müqaviləsinin qaldığını bilir. Onun burada qalacağına əminəm və bu mövzuda hər cür mərcə hazıram.
Yaxın günlədə Romada idim. Orada “Real”ın təmsilçiləri də var idi. Lakin Levandovski transferi haqda söhbət belə açılmadı”.
Qeyd edək ki, 2014-cü ildən “Bavariya”da çıxış edən 29 yaşlı futbolçu, bu mövsüm çıxdığı 38 matçda 32 dəfə fərqlənib.