Braziliya millisinin və “Barselona”nın sabiq futbolçusu olmuş və futbolun əfsanələrindən sayılan Ronaldiniyonu keçmiş klubu yad edib.
Newsport.az xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi üçün videorolik hazırlayan Kataloniya təmsilçisi, futbolçunun klub forması ilə çıxdığı 207 oyuna vurduğu 97 qolu futbolsevərlərə təqdim edib.
Qeyd edək ki, Ronaldiniyo 2003-2008-ci illər mövsümlərində “Barselona”nın şərəfini qoruyub.