“Barselona” yayda heyətini bir neçə futbolçu ilə gücləndirməyi planlaşdırır.
Newsport.az xəbər verir ki, Katoloniya təmsilçiləri transfer siyahısına Fransanın “Bordo” klubunun müdafiəçisi İssa Diopu da daxil edib. Fransızlar İssanın keçidi üçün 21 milyon avro tələb etsə də, məbləğin artma ehtimalı da söylənilir.
“Barselona” rəsmiləri keçid üçün danışıqlar da başlayıblar.
Qeyd edək ki, 21 yaşlı futbolçu Fransanın U-21 millisinin də üzvüdür.