"Çelsi" onun qarşılığında Eden Hazardı verməyə hazırdır

“Çelsi” bu mövsüm “Real”da heyətə düşməkdə çətinlik çəkən uelsli hücumçu Qaret Beyl transferini yekunlaşdırmaq üzrədir.

Newsport.az xəbər verir ki, klubun prezidenti Florentino Perez  28 yaşlı yarımmüdafiəçini “Çelsi”yə satmağa razıdır. Tərəflər arasında əldə olunan razılığa görə, londonlular Beylin qarşılığında Eden Hazardı verəcəklər.

Zədə səbəbindən bir müddət yaşıl meydanlardan kənar qalan və əsas heyətə süşməkdə çətinlik çəkən Beyl də bu keçidə müsbət yanaşır.

Qeyd edək ki, Beyl 2013-cü ildən “Real Madrid”də çıxış edir.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right