“Barselona” və Argentina yığmasının ulduz futbolçusu Lionel Messi klubuna “Bavariya”nın müdafiəçisi David Alabanın transfer edilməsini məsləhət görüb.
Newsport.az xəbər verir ki, bu iddia ilə Almaniya mətbuatı çıxış edib. Belə ki, Messi katoloniyalıların idarə heyəti ilə söhbəti zamanı Antuan Qrizmanın ardından David Alabanın da heyətə qatılmasının məqsədəuyğun olduğunu bildirib.
“Barselona”nın bu keçid üçün “Bavariya” rəhbərliyi ilə danışıqlara başladığı da deyilir.
Qeyd edək ki, 25 yaşlı futbolçu 2009-cu ildən "Bavariya"nın şərəfini qoruyur.