Bu mövsüm baxımlı oyun sərgiləyən “Mançhester Siti” klubu yayda İskonu heyətinə qatmağı planlaşdırır.
Newsport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Real Madrid”in 25 yaşlı yarımmüdafiəçisini heyətində görmək istəyən komandanın baş məşqçisi Pep Qvardiola bu haqda rəhbərliyə müraciət edib.
“Şəhərlilər”in bu keçidə 75 milyon avro ayırdığı və transfer üçün artıq,danışıqlara başladığı da söylənilir.
Qeyd edək ki, İsko 2015-ci ildən “Real”ın şərəfini qoruyur və cari mövsüm çıxdığı 25 matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.