İspaniya millisi DÇ-2018-in qalibi olacağı təqdirdə, futbolçular mükafatlanacaqlar.
Newsport.az xəbər verir ki, bu iddia ilə İspaniyanın nüfuzlu nəşrlərindən biri olan "Marca" çıxış edib. Belə ki, komanda mundialın qalibi olsa, hər bir oyunçu 800 min avro alacaq.
İspaniya Futbol Federasiyasıbununla bağlı qərar verib. Ancaq hələlik qurumun idarəetməsində çətinliklər səbəbindən qərar təsdiqlənməyib.
Qeyd edək ki, federasiyasının yeni prezidenti seçildikdən sonra qərar təsdiqlənəcək.