"Barselona"nın baş məşqçisi Ernesto Valverde zədəli durumda olan futbolçular Lionel Messi və Mark-Andre ter Stegenin son vəziyyətləri haqda jurnalistlərə açıqlama verib.
Newsport.az xəbər verir ki, 54 yaşlı mütəxəssis hər iki oyunçunun zədəsinin ciddi olub-olmadığının dəqiq müəyyən edilmədiyini bildirib:
"Cümə axşamı onlar tibbi müayinədən keçəcəklər. Ondan sonra hər şey müəyyənləşəcək. Mən Messinin zədəsi ilə bağlı sakitəm. Tibbi müayinədən sonra vəziyyəti biləcəyik".