"Renat gənc və perspektivli futbolçudu. O, yaşına görə yüksək kefiyyətlərə malik oyunçudu".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Dinamo" (Berlin) klubunun baş məşqçisi Rene Ridleviç deyib.
İntizamsız davranışlarına görə "Ayntraxt"dan qovulan millimizin üzvü Berlin təmsilçisinin düşərgəsinə üz tutub. O, formadan düşməmək üçün qardaşı Rüfətin çıxış etdiyi klubun heyətində məşq edir.
45 yaşlı mütəxəssis bildirib ki, bir neçə gündü komanda ilə məşq edən 18 yaşlı hücumçu onda yaxşı təəssürat oyadıb: "O, sadə, vicdanlı və xeyirxah insan təsiri bağışlayır".
Qeyd edək ki, Renat Dadaşov komanda yoldaşını döydüyü, baş məşqçisini təhqir etdiyi üçün "Ayntraxt"dan qovulub.