Futbol üzrə Almaniyanın Şimal-Şərq Regional Liqasında 21-ci turdan təxirə salınmış oyunlar keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Altqlinike” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Rüfət də bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan Dadaşov sonadək oynayıb. Komandasının ilk qolunu da futbolçumuz vurub. Belə ki, o, 31-ci dəqiqədə hesabı açıb.
Bununla da Rüfət cari mövsümdə vurduğu qolların sayını 21-ə çatdırıb.
"Dinamo" hazırda 46 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.