Braziliya millisinin sabiq futbolçusu Roberto Karlos dünya çempionatında Fransa, Almaniya və İspaniyanın şansının ölkə millisinin şansından daha yüksək olduğunu deyib.
Newsport.az-ın məlumatına görə, sabiq müdafiəçi “France Football”a açıqlamasında ölkəsinin millisinin mundialda heç də əsas favorit olmadığını bildirib:
“Fransa, Almaniya və İspaniya yığmalarının şansı Braziliya millisindən daha çoxdu. Əvvəllər digər millilər Braziliya qarşısına çıxanda nə edəcəklərini düşünürdülər. İndi isə biz Braziliyanın böyük ölkələrə qarşı nə edəcəyini düşünməyə başlamışıq”.
Braziliya millisi baş məşqçisi Titenin rəhbərliyi altında sadəcə, bir oyunda uduzub. “Sambaçılar” dünən yoldaşlıq oyununda Almaniyanı minimal hesabla məğlub edib.