"Maraqlı, çətin oyun alındı. Demək olar ki, narazı olduğum məqam yoxdu, hər şeydən razıyam".
Newsport.az-ın məlumatına görə, bu sözləri Makedoniya millisinin baş məşqçisi İqor Angelovski deyib.
Yığmanının baş məşqçisi Antalyada Azərbaycan millisinə qarşı keçirilən yoxlama oyunu haqda fikirlərini bildirib. O, qələbə qazanmaq məcburiyyətində olduqlarını deyib:
"Bu qarşılaşmanı qazanmaq məcburiyyətində idik. Artıq iki matçdan sonra Millətlər Liqası haqqında düşüncələrimiz formalaşıb. Qoran Pandev zədə səbəbindən oyunu davam etdirə bilmədi. Nikolovun isə dodaqlarında kəsik var idi. Ümid edirəm ki, hər şey qaydasına düşəcək. Komanda Pandevsiz də oynaya bildiyini göstərdi. Onun olmadığı aralıqda 2 qol epizodumuz var idi. Lakin Traykovski eoqistlik etdi. O , Nestorovskiyə kömək etməlidir”.
Qeyd edək ki, "Mardan Arena"da baş tutan matç 1:1 hesablı bərabərliklə başa çatıb. Oyunda hər iki qol 11 metrlik cərimə zərbəsindən vurulub.