İntizamsız davranışlarına görə Almaniyanın "Ayntraxt" klubundan qovulan Renat Dadaşovun yeni klubunun adına yaxın günlərdə aydınlıq gələ bilər.
Newsport.az saytının məlumatına görə, hazırda Berlin "Dinamo"sunun düşərgəsində məşq edən 18 yaşlı hücumçunun xidmətində bir neçə klub maraqlıdı.
Məsələ ilə bağlı futbolçunun agneti Kostas Spanudakis məlumat verib. O bildirib ki, Dadaşovu birbaşa müqaviləyə dəvət etmək istəyən klublar var: "Almaniya və xarici ölkələrdən təkliflər var. Təkliflərdən bəziləri ürəyimizcədi. Onlardan bəziləri futbolçunu dərhal götürməyə hazırdırlar".
Qeyd edək ki, 18 yaşlı hücumçu komanda yoldaşını döydüyü, baş məşqçisini isə təhqir etdiyi üçün "Ayntraxt"dan qovulub.