“Fənərbağça” İbrahimoviçdən niyə imtina edib?

“Mançester Yunayted”i tərk edərək “Los Anceles Qalaksi” ilə anlaşan Zlatan İbrahimoviçin xidməti “Fənərbağça”ya da təklif edilibmiş.

Newsport.az-ın məlumatına görə, bu barədə məlumatı İsveç mətbuatı yayıb.

Yerli radioların birində 36 yaşlı forvardın meneceri Mino Rayola vasitəsilə “Fənər" ilə əlaqə yaradıldığı və Zlatanın xidmətinin İstanbul klubuna təklif edildiyi qeyd edilib.

Əvvəllər isveçli hücumçuya 5-6 milyon avro ödəməyə hazır olan “sarı-lacıvərdlilər” isə bu dəfə heç 2 milyon avroya belə razı olmayıb.

Belə ki, “Fənər” Robin Van Persidən sonra yaşlı futbolçu almamaq qərarına gəlib. İbrahimoviç “Los Anceles Qalaksi”də illik 3 milyon avro qazanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right