"Real Madrid"in və İspaniya millisinin futbolçusu Serxio Ramos 3-cü dəfə ata olub.
Newsport.az xəbər verir ki, bu haqda məlumatı futbolçu özü rəsmi "instagram" hesabında verib. Həyat yoldaşı və yeni doğulan körpəsi ilə şəkilini paylaşan Ramos fotonun altına bu sözləri yazıb:
“Biz Alexandronu sizə təqdim etməkdə xoşbəxtlik duyuruq. O, martın 25-də, saat 18:24-də doğulub. Onun çəkisi 3,1 kilodu. Bizimlə bu sevinci bölüşən hər kəsə təşəkkür edirik. Səni sevirəm, Pilar Rubio”.
Qeyd edək ki, Serxio ilə Pilar Rubionun ailəsində ilk uşaq 2014-cü, ikinci övlad isə 2015-ci ildə doğulub.
