Makedonoya millisinin hücumçusu İliya Nestorovski Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoxlama oyunu öncəsi fikirlərini bölüşüb.
Newsport.az saytının məlumatına görə, o, ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
“Azərbaycan üzərində ancaq qələbə qazanmağı düşünürük. Biz onlardan keyfiyyət baxımından daha üstün komandayıq.
27-də öz oyunumuzla bunu meydanda göstərəcəyik. Bu matçda Finlandiya qarşılaşmasından daha yaxşı çıxış edə bilərik”.