Eddi İsrafilovun komandası məğlub oldu

Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 31-ci turun oyunları baş tutub.

Newsport.az xəbər verir ki, millimizin üzvü  Eddi İsrafilovun yeni komandası “Alkorkon” səfərdə “Luqo” ilə qarşılaşıb və Eddinin komandası bu görüşdən məğlub ayrılıb. 1:2.

Uzun müddət idi zədəli olan Eddi nəhayət bu görüşdə yeni komandasında debüt matçına çıxıb. Millimizin üzvü 68-ci dəqiqədə meydana buraxılıb. O, 83-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Alkorkon" gerin qalan turlar ərzində 35 xal toplayıb və hazırda 22 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.

 

 

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right