Adı "Xəzər Lənkəran"la hallanan mütəxəssis istefa verdi

Yunanıstanın OFİ klubunun baş məşqçisi Cennaro Qattuzo istefa verib.

Newsport.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qattuzo bu ilin oktyabr ayında da istefa vermişdi. Ancaq klub rəhbərliyi və azarkeşlərin təkidi ilə o, qərarını dəyişdirmişdi.

Xatırladaq ki, Qattuzo açıqlamalarının birində Azərbaycanda işləməyə müsbət baxdığını bildirib. 36 yaşlı mütəxəssisin adı son zamanlar "Xəzər Lənkəran"la hallanır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right