"Şaxtyor" "Mançester Siti"nin futbolçusunu icarəyə götürdü

“Mançester Siti” futbolçusu Olarenvacu Kayodeni icarəyə verib.

Newsport.az-ın məlumatına görə, 24 yaşlı forvard karyerasını Ukraynada davam etdirəcək. Nigeriya millisinin üzvü “Şaxtyor”a icarəyə verilib. Hücumçu mövsümün sonuna qədər Donetsk təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Kayode daha öncə İspaniyanın “Jirona” klubunda icarədə olub. O, Liqada 12 oyun keçirib və qol vura bilməyib. Forvard "şəhərlilər"in əsas komandasında oyun keçirməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right