İspaniya La Liqasının 26-cı turunda "Las Palmas"la oyunda (1:1) "Barselona"nın uzunmüddətli seriyası qırılıb.
Newsport.az-ın xəbərinə görə, 78 oyundan sonra La Liqada Kataloniya klubunun qapısına penalti təyin edilib.
Matçın 48-ci dəqiqəsində Kalyeri 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.
Qeyd edək ki, "Barsa"nın qapısına sonuncu dəfə 2016-cı ilin fevralında penalti təyin edilmişdi.