"Arsenal" yeni müqavilə imzalayıb.
Newsport.az xəbər verir ki, "topçular" forma sponsoru olan Birləşmiş Ərəb Əmirliyinin hava yolu şirkəti "Emirates"lə yeni müqaviləyə imza atıblar. Belə ki, tərəflər arasında əldə olunan yeni razılaşmaya əsasən, London klubu, şirkətlə 2023/2024 mövsümünün sonuna kimi əməkdaşlığa davam edəcək.
Qeyd edək ki, "Emirates" 2006-cı ildən "Arsenal"ın forma sponsorudur.