Kosovo çempionatında XIX turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, həmyerlimiz Amit Quluzadənin çıxış etdiyi "Dirta" klubu da növbəti oyununu keçirib. Gjilan təmsilçisi öz meydanında "Feronikeli" ilə qarşılaşıb. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Milli komandamızın sabiq üzvü bu görüşün iştirakçısı olub. Amit matçın 65-ci dəqiqəsində meydana çıxaraq Kosovo çempionatında debüt edib.
Qeyd edək ki, 19 tura 33 xal yığan "Drita” turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.