Ronaldinyo tapıldı!

Bir neçə gün öncə itkin düşən Ronaldinyo tapılıb. 
Newsport.az-ın məlumatına görə, braziliyalı futbolçu "Twitter" hesabında Milad bayramı münasibətilə izləyicilərini təbrik edib.
 
O, həmçinin Braziliyada ailəsi ilə birlikdə çəkdirdiyi fotonu da paylaşıb.
 
Qeyd edək ki, bir neçə gün öncə ulduz futbolçunun hazırda çıxış etdiyi "Keretaro" (Meksika) komandasının düşərgəsinə qoşulmadığı üçün axtarışa  verilmişdi. Görünür, Ronaldinyo bu məsələyə o qədər də əhəmiyyət vermir.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right